Dərinizə sürtdüyünüz məhsullar qədər qəbul etdiyiniz qidalar da önəmlidir. Qida həzm edildikdən sonra orqanizmdə sağlam dəri yaratmaq üçün istifadə edə biləcəyi vitaminlər, minerallar və amin turşularına parçalanır.
Ən Yaxşı Dəri Pəhrizi
Müxtəlif rəngli tərəvəz və meyvələr, dərini gücləndirən omeqa-3 yağ turşuları, kollageni artıran C vitamini, antioksidant A və E vitaminləri. Zərdəçal ən yaxşı antioksidantlardan biridir.
Nə Etməli?
Sağlam olmayan qidalardan (fast food) uzaq durun. Yuxu zamanı dəri dincəlir, melatonin maddəsi istehsal olunur, dəri bərpası baş verir. Gündə 2 litr su içmək dərinin nəmlənməsinə kömək edir.