Soyuq havalar dəriyə mənfi təsir edir, dəri quruyub qabıq verir. Buna görə qışda xüsusi diqqət lazımdır.
Qış Baxımı Qaydaları
Qidalandırıcı kremlərdən istifadə edin. Havaya çıxmazdan bir saat öncə krem çəkmək mütləqdir. Dərini qurutduğu üçün toz pudradan istifadə etmək məsləhət deyil.
Skrabları tez-tez istifadə etmək olmaz: yağlı dəriyə həftədə bir dəfə, quru dəriyə iki həftədə bir dəfə.
Quru dərili xanımlar üzlərini su ilə yox, xüsusi təmizləyici südlə təmizləməlidirlər.
Dodaqlar və Əllər
Dodaqlara balzam və ya yağlı dodaq boyası istifadə olunmalıdır. Əllərə qidalandırıcı krem vurmaq zəruridir. Dərinizi nəmləndirmənin ən ideal zamanı payızdır.