Mezoterapiya ilk dəfə 1950-ci ildə Fransada tətbiq olunub və son illərdə kosmetik dermatologiyada geniş istifadə olunan müalicə metodudur.
Necə Tətbiq Olunur?
Çox kiçik dərman dozaları ilə problemli bölgələrə tətbiq olunan xüsusi inyeksiya prosedurudur. İstifadə edilən dərmanlar: təbii bitki ekstraktları, homeopatik maddələr, vitaminlər, zülallar və minerallardır.
Hansı Problemləri Həll Edir?
Dərinin cavanlaşması, bədənin müəyyən sahəsinin arıqlaması, selülit müalicəsi, saç tökülməsi problemləri, dəri ləkələrinin müalicəsi, qırışların açılması.
Kimlərə Tətbiq Olunmaz?
Hamilələr, şəkərli diabet xəstələri, iflic keçirmişlər, qan laxtalanması problemi olanlar, xərçəng xəstələri mezoterapiyadan istifadə edə bilməz.