Kosmetoloji prosedurlara başlamaq üçün ən uyğun yaş 25 yaş ətrafıdır. Bu yaşda dərimiz hələ elastikdir, amma yüngül yaşlanma əlamətləri görünməyə başlayır.
25 Yaşda
Nəmləndirici maskalar, pilinq və təmizləyici prosedurlar dərinin parlaq və təravətli olmasına dəstək verir. Erkən müdaxilə, gələcəkdə dərinin daha sağlam qalmasına kömək edir.
35 Yaşdan Sonra
Kollagen istehsalı azalır və daha dərindən müdaxilələrə ehtiyac yaranır: botoks, dolğu, lazer müalicələri, biorevitalizasiya.
40 Yaşdan Sonra
Bəzi insanlar cərrahi müdaxilələri düşünə bilər. COG sap liftinq, full face prosedurları aktuallaşır.
Əfsanəvi Koko Şanel deyirdi: "20 yaşında üzünüz sizə təbiətin bəxşidir, 50 yaşında necə olacağı isə sizdən asılıdır."